Qəzaya düşən vertolyotdakı 8 nəfərin adı açıqlandı - Yenilənib

qezaya-dusen-vertolyotdaki-8-neferin-adi-aciqlandi
Oxunma sayı: 3248

Rusiyaya məxsus vertolyot Norveçdə dənizə düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yüngül mühərrikli “Mi-8” vertolyotunda 8 nəfər olub.

Məlumata görə, vertolyot Bakı vaxtı ilə 17:35 radələrində havaya qalxıb, 10 dəqiqə sonra isə radardan itib. “Mi-8”in Barentsburq adasını 2-3 km yaxınlığında düşdüyü məlum olub.

Hadisə nəticəsində itkilərin olması barədə hələlik məlumat verilməyib. Araşdırma aparılır.

***

Rusiya Energetika Nazirliyi “Mi-8” vertolyotunun göyərtəsində olan sərnişinlər və ekipaj üzvlərinin adlarını açıqlayıb. 

“Gazeta.ru”nun məlumatına görə, sərnişinlər arasında Arktika və Antarktida Elmi-Araşdırma İnstitutunun əməkdaşları – Oleq Qolovanov, Nikolay Fadeev və Maksim Kaulio olub.

Ekipaj isə komandir Yevgeni Baranov, ikinci pilot Vladimir Frolov, mexanik Aleksey Poulyauskas, texnik Marat Mixtarov və mühəndis Aleksey Korolevdən ibarət olub.