Qəzaya uğrayan təyyarə yaxın düşmək mümkün olmayıb

qezaya-ugrayan-teyyare-yaxin-dusmek-mumkun-olmayib
Oxunma sayı: 644

"Koalisiya qüvvələrinin Azərbaycan Mülki Aviasiya Administrasiyası nümayəndələrinin və təyyarənin məxsus olduğu "Silk Way" şirkətinin mütəxəssislərinin daxil olduğu qəzanı araşdıran komissiyanın üzvlərini müşayiət etmək üçün 300-ə yaxın əsgər ayırmasına baxmayaraq, orada keçirilən antiterror əməliyyatları üzündən komissiya hələ də hadisə yerinə çata bilməyib", - səfir deyib.

Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşlarından biri yerli hakimiyyətlə axtarış işlərinin əlaqələndirilməsi üçün Kabilə ezam olunub.

"Əfqanıstan XİN yaranmış vəziyyətdən narahatdır, lakin təyyarənin qalıqlarının olduğu ərazi hakimiyyətin nəzarəti altında olmadığından onlar axtarış əməliyyatlarına kömək edə bilmirlər", - diplomat deyib.

"İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan vətəndaşı, digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşları olublar. "Bütün ekipaj üzvləri həlak olub", - səfir Əfqanıstanın rəsmi şəxslərinə istinadən deyib.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.