“Qafqazinfo” xəbər verir ki, səs yazısında qəzanı törədən pilot Andreas Lubitzin qapını bağlayaraq ikinci pilotu kabinəyə buraxmaması və digər pilotun “Aç, bu lənətə gəlmiş qapını”-deyə qışqırması qeydə alınıb.
Səs yazısında həmçinin fonda sərnişinlərin qışqırıqları da eşidilib.
Ekspertlərin də dinlədikləri səs yazısı yarım saat davam edir. Bild-in yazdığına görə, səs yazısında kabinədə tək qalan Lubitzenin nəfəs alıb-verməsi də eşidilir, lakin o bu müddət ərzində bir söz belə işlətməyib.
Son xəbərlər
Son Xəbərlər