Qəzza ilə bağlı danışıqların növbəti raundu nə vaxt olacaq?

qezza-ile-bagli-danisiqlarin-novbeti-raundu-ne-vaxt-olacaq
Oxunma sayı: 923

“Qəzza zolağında münaqişənin həlli üçün yeni danışıqlar həftənin sonuna qədər Qahirədə baş tutmalıdır”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer onlayn brifinqdə bildirib.

“Tərəflər texniki işləri davam etdirir, yüksəksəviyyəli rəsmilər həftə sonuna qədər Qahirədə yenidən görüşəcəklər”, - Jan-Pyer vurğulayıb.

Xatırladaq ki, Dohada Qəzza zolağı ilə bağlı məsləhətləşmələrin yeni raundu avqustun 15-də başlayıb. Danışıqlarda Qətər, Misir və ABŞ nümayəndələri iştirak edir. “The Times of Israel” qəzetinin yazdığına görə isə, danışıqların ilk günündə irəliləyiş əldə olunub.