Qəzzada 7 saatlıq atəşkəs başladı

qezzada-7-saatliq-ateskes-basladi
Oxunma sayı: 744



“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb İsrailin dünən BMT-yə məxsus məktəbin bombalanmasıdır. On insanın ölümü ilə nəticələnən hadisədən sonra İsrail etirazlar qarşısında bu gün Qəzzada 7 saatlıq humanitar yardım məqsədi ilə atəşkəs elan edib. 

İsrailin elan etdiyi 7 saatlıq atəşkəs artıq başlayıb. Atəşkəs Qəzzanın böyük bir hissəsində keçərlidir. 

Qeyd edək ki, hücumların başladığı 7 İyuldan etibarən 810 fələstinlinin həyatını itirdiyi, 9400 insanın da yaralandığı açıqlanıb. Bunlardan 401-i uşaq, 238-i isə qadındır.