Misir, Qətər və ABŞ nümayəndələri iyunun 5-də Qəzza zolağında atəşkəsin yaradılması üzrə danışıqların bərpası yollarını müzakirə edəcəklər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Misir mənbəsinə istinadən “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Bildirilib ki, Dohada keçiriləcək iclasda Misiri təhlükəsizlik qüvvələrinin rəhbərləri təmsil edəcək. Nümayəndə heyətlərinin tərkibi ilə bağlı əlavə məlumat hələlik verilməyib.
Son xəbərlər
Son Xəbərlər