Oktyabrın 7-dən Qəzza zolağında öldürülən jurnalistlərin sayı 126-ya çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Qəzza hökumətinin Media Ofisi açıqlama yayıb.
Açıqlamada Rəfah və Cibaliye şəhərlərinə təşkil edilən hücumlarda jurnalistlər Ela Həsən əl-Hims və Engham Əhməd Advanın da həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına olan hücumlarda azı 12 mini uşaq, 8 min 190-ı qadın olmaqla 28 min 340 fələstinli həlak olub, 67 min 984 fələstinli isə yaralanıb.