Oktyabrın 7-dən bəri hərbi əməliyyatlar nəticəsində həlak olan Qəzza sakinlərinin sayı 23 968 nəfərə yüksəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi rəsmi teleqram kanalında məlumat yayıb.
Məlumata görə, indiyədək 60 582 nəfər yaralanıb.
Qeyd olunub ki, son 24 saat ərzində ölənlərin sayı 125 nəfər artıb, daha 265 nəfər yaralanıb.