Qəzzada ölənlərin sayı 27 nəfərə çatıb

qezzada-olenlerin-sayi-27-nefere-catib
Oxunma sayı: 831

İsrailin Qəzzaya hava zərbələri nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstinin səhiyyə naziri Əşrəf əl-Kidra məlumat verib. Onun sözlərinə görə, xilasedicilər uçmuş evlərin altından daha 2 nəfərin cəsədini çıxarıb. Xəstəxanalarda isə 145 nəfər yaralı var.. Onlardan çoxunun vəziyyəti ağırdır. Yaralılar arasında qadınlar və uşaqlar da var.

Qəzzaya hücum nəticəsində ümumilikdə 130 ev dağılıb, 700 tikiliyə ziyan dəyib.