Qəzzada yararsız hala düşən yaşayış məntəqələrinin sayı açıqlandı

qezzada-yararsiz-hala-dusen-yasayis-menteqelerinin-sayi-aciqlandi
Oxunma sayı: 2454

Qəzzada 2500-dən çox yaşayış məntəqəsi dağıdılıb, yaxud ciddi şəkildə zədələnib və yaşayış üçün yararsız hala düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, daha 23 000-ə yaxın ev isə orta və ya kiçik dərəcədə ziyana məruz qalıb.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.