Qəzzadakı israilli girovların yaxınları İsrail parlamentinə basqın etdi

qezzadaki-israilli-girovlarin-yaxinlari-israil-parlamentine-basqin-etdi
Oxunma sayı: 1112

Yaxınları HƏMAS tərəfindən əsir götürülən bir qrup şəxs İsrail parlamentinə (Knesset) basqın edərək deputatlardan yeni girov mübadiləsi sazişi üzərində işləməyi tələb edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlar Qərbi Qüdsdə İsrail parlamentində Maliyyə Komitəsinin iclasının keçirildiyi zala daxil olub.

“Onları (girovları) geri gətirin” yazılı köynəklər geyinmiş və əllərində plakatlar tutan nümayişçilər deputatları HƏMAS ilə yeni girov mübadiləsinə çağırıb.

Qeyd edək ki, İsrail ordusunun bəyanatına görə, Qəzza zolağında 136 israilli girov var.