İsrail hərbçiləri Qəzza sərhədində dinc aksiya keçirilən daha 8 fələstinlini yaralayıb.
“Qafqazinfo” “Shafaqna”ya istinadən xəbər verir ki, bununla da 30 martdan etibarən keçirilən “Böyük Qayıdış Yürüşü” aksiyalarında yaralananların sayı 3088-ə çatıb.
Məlumata görə, güllələrə hədəf olan 32 nəfər isə şəhid olub.
Qeyd edək ki, 1948-ci ildə içğalçı İsrail tərəfindən doğma torpaqlarından didərgin düşmüş fələstinlilər qayıdış hüququnu müdafiə etmək üçün “Böyük Qayıdış Yürüşü” keçirirlər. Sionis rejim rəhbərliyi sərhədi keçən aksiyaçıları vurmaq barədə əmr verib.
Son xəbərlər
Son Xəbərlər