Qəzzaya humanitar yardımın həcmini üç dəfə artırdılar

qezzaya-humanitar-yardimin-hecmini-uc-defe-artirdilar
Oxunma sayı: 921

Böyük Britaniya Qəzza zolağına humanitar yardımın həcmini üç dəfə artırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.

“Qəzza zolağında baş verən iztirabların miqyası ağlasığmazdır. Bu çıxılmaz vəziyyətdə olan insanlara kömək etmək üçün daha tez, daha çox iş görülməlidir. Biz Qəzzaya yardımımızı üç dəfə artırdıq. Qətər kimi tərəfdaşlarla işləmək həyati əhəmiyyət kəsb edən yardım və avadanlıqların sərhəddən keçərək dağıntılar içərisində yaşayanlara çatdırılmasına kömək edir”, - Kemeron bildirib.