QHT rəhbəri Baş Prokurorluğa çağırıldı

qht-rehberi-bas-prokurorluga-cagirildi
Oxunma sayı: 1328


Tanınmış iqtisadçı ekspert Samir Əliyevin rəhbəri olduğu Media və İctimai Təşəbbüslər Mərkəzinin bank hesabına həbs qoyulub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadçının özü şəxsi facebook səhifəsində məlumat verib:

“Hesaba həbs ona görə qoyulub ki, bizim təşkilat Milli demokratiya İnstitutdan (NDİ) maliyyə alıb. Halbuki biz bu təşkilatla heç zaman işləməmişik. Hazırda ABŞ təşkilatlarından maliyyə alan bütün təşkilatlar oxşar taleni yaşayır. Ona görə sabah səhər tezdən Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində şahid qismində olacam. Narahatlığa əsas yoxdur”.