“Qibləni tanımayan məni “Allahsızlıq”da günahlandırır”

qibleni-tanimayan-meni-allahsizliqda-gunahlandirir
Oxunma sayı: 2336

““Kütlə”, o qədər cahilsiniz ki, dilimizi rəzilliyə apardığınız kimi, mənasını da başa düşməkdə çətinlik çəkirsiniz. Birinci, onuncu, heç yüzüncü də deyil ki, bu kimi çirkab kampaniyalardan alnım açıq çıxmışam. Bir şey tapmadız yazmağa? İndi də Allahın qibləsini tanımayan məni 80 yaşımda “Allahsızlıq”da günahlandırır. Yaradanlarla Allahlar (Şiva, Zevs, Ra, Məzda ...) arasındakı fərqi görmürsünüzsə, bu, sizin savadsızlığınızdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova instaqram hesabında yazıb.

Məşhur müğənni kulis.az-a verdiyi müsahibəsində “Allahın məni cəzalandırmağa ixtiyarı yoxdur” fikrini tənqid edənlərə cavab verib.

F. Kərimova sözügedən şəxsləri savadsız və cahil adlandırıb:

“Bir tikə çörək üçün kişiliyinizi, ləyaqətinizi, qeyrətinizi, vicdanınızı tapdalamaq yarışına girmisiniz. Sözümü dəyişib məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz. Sonra bundan pul qazanaraq aparıb evdəki övladlarınıza yedirdiniz. Bəs, sonra? Nuş oldu? Bəs, sən Allah dediyin varlıqdan qorxmadın? Məni başa düşmək üçün sizin nə yaşınız, nə dünyagörüşünüz, nə intellektiniz, nə də savadınız çatdı. Heç olmasa Flora deyəni elə təhrif edərdiniz ki, min nəfər inansın.

Dünən biri ölür,bu gün tanımadan, bilmədən nələr yazırsız şərhlərə... Artıq o həddə çatmısınız ki, Allahın qədərinə, yazdığı taleyə, ölümə lağlağı edirsiniz, şərh yarışına çıxırsınız. Görək, kim daha yaxşı şərh yazacaq.

Sizin nədən sığortanız var axı bu həyatda? Özündən əminsən, bəs övladlarındandamı qorxmadın ki, bu qınağa görə Allah başına daş salar?

Virtual qeybətin aludəçiləri, rəzalət içindəsiniz. Yaradan bağışlayacaq sizi? 

Bəli, demişəm, yaradan hər kəsi bağışlasaydı, cəhənnəm olmazdı. Yaradan mənə haqq veribsə, haqqımı çeynəyənlərə halal etmirəm. Təəssüf ki, bu günahlarınızı başa düşəcək biçimdə yaradılmadız. İndi gedin bu müqəddəs ayda ha tövbə edin, ha namaz qılın”.