“Qafqazinfo”nun xəbərinə görə, O. Əsədov görüşdə deyib ki, TürkPA-nın dünyadakı nüfuzu günbəgün artır: “Buna birgə səylər nəticəsində nail olmuşuq. Təşkilat çərçivəsində görülən işlər türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir”.
Spiker qurumun təsis edilməsində və səmərəli fəaliyyətində dövlət başçılarının iradəsinin mühüm rol oynadığını vurğulayaraq, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının bu yaxınlarda Bodrumda keçirilmiş iclasının nəticələrini yüksək dəyərləndirib. Qeyd edilib ki, Azərbaycan-Türkiyə münasibətləri dünyada analoqu olmayan münasibətlər olmaqla yanaşı, həm də türk dünyasının daha sıx inteqrasiyası üçün bir növ özül rolu oynayır. Bu gün Azərbaycanla Türkiyə həyatın bütün sahələrində əməkdaşlıq edir. İndiyədək iki dövlət arasında 190-na yaxın sənəd imzalanıb, daha 15-i isə baxılmaq üzrədir.
İqtisadi əlaqələrdən söhbət açan Sədr ticarət dövriyyəsinin həcmini daha da artırmaq üçün geniş imkanlar olduğunu söyləyib. O bildirib iki ölkələnin iqtisadiyyatına qarşılıqlı investisiyalar qoyulur. Azərbaycanın Türkiyədə investisiya yatırımının həcmi 4,5 milyard ABŞ dolları civarındadır. Gələcəkdə bu göstəricinin 20 milyarda çatdırılması nəzərdə tutulur: “Birgə həyata keçirdiyimiz transmilli enerji, nəqliyyat layihələri nəinki bölgənin, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin olmasında mühüm rol oynayır”.
Görüşdə dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin roluna diqqət çəkən sədr, bu baxımdan deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini söyləyən spiker beynəlxalq təşkilatlarda prinsipial məsələlərdə hər iki ölkə deputatlarınln eyni mövqedən çıxış etməsini digər ölkələr üçün qibtə doğuracaq nümunə kimi dəyərləndirib.
Son xəbərlər
Son Xəbərlər