Qıcolma tutması keçirən qadın özünü bıçaqladı

qicolma-tutmasi-keciren-qadin-ozunu-bicaqladi
Oxunma sayı: 1229

Gəncədə xəstə qadın özünü bıçaqlayıb.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospekti 143 ünvanında baş verib. Orada yaşayan 1961-ci il təvəllüdlü Nəbiyeva Dinara bədəninin boyun və qarın nahiyyəsinə bıçaqla xəsarət yetirib. O, dərhal xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

Məlumata görə, D. Nəbiyeva qıcolma xəstəliyindən əziyyət çəkir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli