Qida sahəsində işləyən sahibkarların nəzərinə!

Qida sahəsində işləyən sahibkarların nəzərinə!
Oxunma sayı: 924

Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib. 

“Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir:

“AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə bir daha müraciət edərək bildirir ki, qida sahəsində həyata keçirilən auditlər – reydlər, yoxlamalar, idxal-ixrac, baytarlıq və fitosanitar şəhadətnamələr, sertifikatlar, eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləşmə prosesi zamanı istənilən qanunsuz tələblər, yaxud sui-istifadə halları ilə rastlaşdıqda öz qanuni mənafelərini müdafiə etməklə vətəndaş mövqeyi ortaya qoyaraq, AQTA-nın 1003 – Çağrı Mərkəzinə dərhal məlumat versinlər. 

“Qida təhlükəsizliyi” anlayışının əhalinin sağlamlığının təmin olunmasında daha həssas və strateji əhəmiyyətə malik olduğunu nəzərə alaraq, Agentlik prosesdə iştirak edən bütün tərəfləri – sahibkarları, istehlakçıları, eyni zamanda hər bir vətəndaşı sosial məsuliyyətdən irəli gələn əsl vətəndaş mövqeyi ortaya qoymağa, şəffaflığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdə aktiv iştiraka dəvət edir”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi