Qidadan zəhərlənən 35 yaşlı qadın öldü

qidadan-zeherlenen-35-yasli-qadin-oldu
Oxunma sayı: 1868

Naftalan sakini qidadan zəhərlənib. 

“Qafqazinfo”nun xəbərinə görə, şəhər sakini Xəyalə İsmayılova səhhətində narahatlıq hiss etdiyindən Naftalan şəhər xəstəxanasına müraciət edib. Ona tibbi yardım göstərilib. Həkimlərin səyinə baxmayaraq, qadın dünyasını dəyişib.

 İlkin ehtimallara görə, 35 yaşlı qadın qidadan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli