Qiqqz Qurban Qurbanovla görüşdü - Foto+Yenilənib

qiqqz-qurban-qurbanovla-gorusdu
Oxunma sayı: 2824

Avro-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir.

“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Rayan Qiqqz, Media və Marketinq meneceri İan Guiyn Hughes, Təhlükəsizlik departamentinin rəisi Grant Ashton Briggs və kit menecer David Tudor Griffithsin daxil olduğu nümayəndə heyəti otellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaqlar.

***

Bakıdakı səfərini davam etdirən Rayan Qiqqz "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla da görüşüb.