Qırğızıstan parlamentinə yeni spiker seçildi - Yenilənib

qirgizistan-parlamentine-yeni-spiker-secildi
Oxunma sayı: 1787

10:36

Qırğızıstan parlamentinin spikeri Talant Mamıtov istefa verib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Mamıtov bu gün parlamentin iclası zamanı öz şəxsi istəyi ilə səlahiyyətlərindən imtina etdiyini açıqlayıb. 

Qeyd edək ki, T. Mamıtov 2020-ci ilin noyabrından parlamentin spikeri olaraq çalışıb.

***

15:55

Qırğızıstan parlamentinin deputatları Nurlanbek Şakiyevi yeni spiker seçiblər. Gizli səsvermə zamanı 80 millət vəkili Şakiyevin lehinə səs verib. 

Fotoda Talant Mamıtov