Qırğızıstan parlamentinin sabiq spikeri koronavirusdan öldü

qirgizistan-parlamentinin-sabiq-spikeri-koronavirusdan-oldu
Oxunma sayı: 1294

Qırğızıstan parlamentinin keçmiş spikeri Mukar Çolponbayev koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, eks-spiker bu gün 70 yaşında müalicə olunduğu xəstəxanada vəfat edib. Çolponbayev mayın 5-də xəstəxanaya yerləşdirilmiş, mayın 12-də isə reanimasiyaya köçürülmüşdü.

Mukar Çolponbayev 1995-1996-cı illərdə Qırğızıstanın qanunverici orqanına rəhbərlik edib.