Qırğızıstan prezidenti Bakıya səfər edəcək

qirgizistan-prezidenti-bakiya-sefer-edecek
Oxunma sayı: 777

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Azərbaycana rəsmi səfər edəcək. “Qafqazinfo”nun qırğız KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə martın 14-də səfirlərlə görüşündə prezidentin özü məlumat verib.

Onun sözlərinə görə, hazırda səfərlə bağlı hazırlıqlar aparılır.

S. Jeenbekov Azərbaycandan başqa, Almaniya, İsveçrə, Fransa və Macarıstana da səfər edəcək.