Qırğızıstan prezidenti Ərdoğanı təbrik etdi

qirgizistan-prezidenti-erdogani-tebrik-etdi
Oxunma sayı: 925

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qırğızıstanlı həmkarı Sooronbay Jeenbekovla telefon danışığı olub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Jeenbekov Ərdoğanı sədri olduğu Hakim Ədalət və İnkişaf partiyasının (AKP) bələdiyyə seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Tərəflər ölkələr arasında əməkdaşlıq məsələlərini də müzakirə ediblər.