Qırğızıstan Prezidenti İlham Əliyevə təşəkkür etdi

qirgizistan-prezidenti-ilham-eliyeve-tesekkur-etdi
Oxunma sayı: 2041

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də İstanbulda Qırğız Respublikasının Prezidenti Sadır Japarovla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Sadır Japarov Azərbaycanın Qırğızıstana 40 min doza “AstraZeneca” vaksini şəklində humanitar yardım göstərdiyinə görə İlham Əliyevə təşəkkürünü bildirib:

“Azərbaycan vaksin istehsalçısı olmadığı halda öz xüsusi ehtiyatlarından istifadə etməklə dəyərli jest edib. Bütün bunları dostluq və qardaşlıq təzahürü hesab edirəm. Yardıma görə Sizə bir daha təşəkkür edirəm”.