Qırğızıstan Prezidenti koronavirusa yoluxub?

qirgizistan-prezidenti-koronavirusa-yoluxub
Oxunma sayı: 1488

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun koronavirus analizləri neqativ nəticələnib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkə rəhbərliyinin mətbuat xidməti açıqlama yayıb.

“Prezident aparatının xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkovda və apparatın mühafizə işçisində koronavirusa yoluxma faktı aşkarlanıb. Digər heyət üzvləri və onları müşayiət edən şəxslərin təkrar analizləri isə neqativ nəticə göstərib. Onlar hazırda karantinə alınıblar”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Sooronbay Jeenbekov Moskvaya gəldikdən sonra Qırğızıstan nümayəndə heyətində koronavirus infeksiyası aşkarlanması səbəbindən iyunun 25-i Moskvada keçirilən Qələbə Paradında iştirak etməyib.