Qırğızıstan prezidentinin korteji qəzaya düşdü - Ölən və yaralananlar var

qirgizistan-prezidentinin-korteji-qezaya-dusdu
Oxunma sayı: 3186

Qırğızıstan prezidenti Sadır Japarovun avtomobil korteji qəzaya uğrayıb.

“Qafqazinfo” Qırğızıstan mediasına istinadən xəbər verir ki, hadisə İssık-Kul vilayətində baş verib. Kortejin irəlilədiyi yolda qarşı tərəfdən avtomobillərdən biri əks-zolağa daxil olub. Nəticədə maşınlar toqquşub. Hadisə zamanı Qırğızıstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı ölüb, 3 nəfər yaralanıb.

Sadır Japarovun xəsarət almadığı bildirilir.

Qeyd edək ki, məlumata görə, qəzanı törədən avtomobilin sürücüsü sərxoş olub.