Qırğızıstan Tacikistan səfirinə etiraz notası verdi

qirgizistan-tacikistan-sefirine-etiraz-notasi-verdi
Oxunma sayı: 1045

Tacikistanın Qırğızıstandakı səfiri Qırğızıstan Xarici İşlər Nazirliyinə çağırılaraq etiraz notası verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Tacikistan tərəfi Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı hökumət nümayəndə heyətləri səviyyəsində əvvəllər əldə olunmuş bütün razılaşmaları və müdafiə nazirliklərinin nümayəndələrinin 1 may toplantısının protokollarını pozaraq, iki dövlətin sərhəd bölgəsində vəziyyətin kəskinləşməsinə səbəb olan müntəzəm təxribatlar törədir.

“Mövcud razılaşmalara baxmayaraq, Tacikistanın sərhəd nümayəndələri gərginliyi azaltmaq üçün danışıqların aparılmasından yayınaraq cavab vermir.

Sərhəd bölgələrində vəziyyətin daha da kəskinləşməsinin qarşısını almaq üçün Qırğızıstan tərəfi Tacikistan tərəfdən Unzhu-Bulak ərazisindəki quraşdırılmış konteynerlərin sökülməsini, hərbi qulluqçuların və hərbi texnikanın geri çəkilməsini tələb edir”,- deyə notada bildirilib.