Qırğızıstan və Tacikistan sərhədində növbəti silahlı toqquşma baş verib.
“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən xəbərinə görə, bu barədə məlumatı Qırğızıstanın Sərhəd Xidməti yayıb.
Məlumata görə, Qırğızıstan sərhədçiləri ölkənin Batken vilayətinin ərazisində xidməti vəzifəsini yerinə yetirərkən şərti sərhəd xəttini qeyri-qanuni keçərək Qırğızıstan ərazisinə daxil olan tacik sərhədçiləri aşkar ediblər.
Hərbçilərin Qırğızıstan ərazisini tərk etmək tələbinə cavab olaraq Tacikistan sərhədçiləri atəş açıb.
İlkin məlumatlara görə, Qırğızıstan tərəfdən xəsarət alan yoxdur.
Nəzrin Cavadzadə
Son xəbərlər
Son Xəbərlər