Tacikistanla sərhəddə qarşıdurma zamanı həyatını itirən Qırğızıstan vətəndaşlarının sayı 13-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Qırğızıstan Səhiyyə Nazirliyindən bildirilib.
Nazirlik nümayəndəsinin sözlərinə görə, ümumilikdə 134 qırğız yaralanıb.
Aprelin 30-na keçən gecə xəsarət alan 25 nəfər Batken vilayətinin xəstəxanalarından Bişkekə aparılıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Tacikistan tərəfdən 3 adamın öldüyü bildirilir.
Daha əvvəl Qırğızıstan və Tacikistan xarici işlər nazirləri sərhəd bölgəsində atəşkəslə bağlı razılığa gəlmişdilər.
Son xəbərlər
Son Xəbərlər