Tacikistanla sərhəddəki qarşıdurmada yaralanan Qırğızıstan vətəndaşlarının sayı 183-ə yüksəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qırğızıstan səhiyyə nazirinin müavini Eliza Soltonbekova bu gün keçirilən brifinqdə açıqlama verib.
Qurum rəsmisinin sözlərinə görə, onlardan 99-u ölkə xəstəxanalarında müalicə almağa davam edir.
Xatırladaq ki, aprelin 29-u Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin yerli sakinləri arasında yaşanan qarşıdurma iki ölkənin hərbçiləri arasında silahlı toqquşmaya çevrilib və atışma altı saatdan çox davam edib. Hər iki tərəfdən təxminən 50 nəfər həlak olub, 200-dən çox insan yaralanıb.
29 aprel axşamı tərəflər atəşkəs və qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəlsələr də, ertəsi gün atəşkəs yenidən pozulub. Aprelin 30-u növbəti atəşkəs razılaşdırılıb. Tacikistan hərbçiləri mayın 1-i Qırğızıstan ərazisini tərk ediblər.
Son xəbərlər
Son Xəbərlər