Qırğızıstan və Tacikistan arasında protokol imzalandı

Qırğızıstan və Tacikistan arasında protokol imzalandı
Oxunma sayı: 1425

Qırğızıstan və Tacikistan xüsusi xidmət orqanlarının rəhbərləri münaqişələrə son qoyulması haqqında protokol imzalayıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev məlumat verib.

“Münaqişələrə son qoyulması və münaqişələrin nəticələrinə dair Tacikistan tərəfi ilə protokol imzalanıb. Ümid edirəm ki, sənədin bütün bəndlərinə əməl olunacaq”, - yüksək rütbəli zabit qeyd edib.