Qırğızıstan və Tacikistan qoşunları sərhəddəki münaqişə zonasından geri çəkir

qirgizistan-ve-tacikistan-qosunlari-serheddeki-munaqise-zonasindan-geri-cekir
Oxunma sayı: 1191

Qırğızıstan və Tacikistan sərhəddə silahlı münaqişə zonasından hərbi qulluqçuları və hərbi texnikanı geri çəkməyə başlayıblar.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bildirib.

“Tərəflər əlavə qüvvələri və vasitələri dövlət sərhəd xəttindən daimi yerləşmə məntəqələrinə çıxarmağa başladı”, - deyə məlumatda bildirilir.

Qurumun məlumatına görə, sərhəddə vəziyyət sabit olaraq xarakterizə olunur, ötən gecə insidentlər və atışma qeydə alınmayıb.

“Sərhəd bölmələri gücləndirilmiş rejimdə xidmət göstərirlər”, - məlumatda vurğulanır.