Qırğızıstan və Tacikistan sərhədində atışma oldu

qirgizistan-ve-tacikistan-serhedinde-atisma-oldu
Oxunma sayı: 1534

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında bir gündə ikinci atışma baş verib.

"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“2022-ci il aprelin 12-də Qırğızıstan-Tacikistan sərhəddində silahdan istifadə ilə bağlı təkrar insident baş verib. Bu dəfə atışma 30 dəqiqəyə yaxın davam edib, nəticədə bir qırğız əsgər yaralanıb", - məlumatda deyilir.