Qazaxıstanın Almatı şəhərində baş verən iğtişaşlar zamanı Aziz Musaev adlı Qırğızıstan vətəndaşı dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “24.kg” nəşri yayıb.
Qırğızıstanın Qazaxıstandakı səfiri Dastan Dyuşekeev sözügedən faktı təsdiqləyib.
Onun sözlərinə görə, qırğız kişi Almatı şəhərində fitnes məşqçi olaraq çalışıb. Hazırda səfirlik hadisənin detallarını araşdırır.
Bununla yanaşı, Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, 5 Qırğızıstan vətəndaşı Qazaxıstanda saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər