Qırğızıstana sel gəldi - Foto

qirgizistana-sel-geldi
Oxunma sayı: 1288

Qırğızıstanda bir həftədir müşahidə edilən istilərdən sonra gələn şiddətli yağışlar ölkənin şimalında selə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Bildirilib ki, Issık-Göl bölgəsindəki Balıqçı şəhəri və Kesken Bel keçidi, eyni zamanda, Ton rayonunun Qara Şar və Ottuq kəndlərinə sel gəlib.

Nəticədə, yollar, evlər, körpülər su altında qalıb. Çayların səviyyəsi yüksəlib.