Qırğızıstanda ABŞ hərbi təyyarəsi partladı

qirgizistanda-abs-herbi-teyyaresi-partladi
Oxunma sayı: 639

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Qırğızıstan Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib və hadisə yerinə operativ qrupun yollandığını açıqlayıb.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Manas aeroportundan havaya qalxıb və bir qədər sonra radardan itib. Çuy vilayətinin sakinləri havada güclü partlayış səsi eşitdiklərini deyiblər.

Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat katibi Svetlana Baytikova təyyarənin düşdüyü yerə 3 təcili yardım briqadasının göndərildiyini, lakin qəza baş verən ərazi dağlıq zona olduğundan onların hələlik hadisə yerinə yetişə bilmədiyini söyləyib: “Yaxın rayonlarda iki xəstəxana yaralıları qəbul etməyə hazırdır”.

Qeyd edək ki, 2001-ci ilin dekabrında Buşkekdəki Manas hava limanında ABŞ aviabazası yaradılıb və daha sonra bu baza Tranzit tük daşımaları mərkəzi adlandırılıb. Bu mərkəz Əfqanıstandakı koalisiya qüvvələrinə canlı qüvvə və yük daşınması üçün əsas nəqliyyat-logistika qovşağıdır. Mərkəzdə 1,5 minə yaxın ABŞ əsgəri var.