Qırğızıstanda dövlət çevrilişinə cəhdə görə 30-dan çox şəxs saxlanıldı

qirgizistanda-dovlet-cevrilisine-cehde-gore-30-dan-cox-sexs-saxlanildi
Oxunma sayı: 1346

Qırğızıstanda hakimiyyətin zorakılıq yolu ilə ələ keçirilməsi məqsədilə kütləvi iğtişaşlar təşkil etməyi planlaşdıran 30-dan çox şəxs saxlanılıb. 

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi yayıb. 

Məlumata görə, cinayətkar qrup il ərzində ölkə üzrə öz cərgələrinə digər şəxslərin cəlb edilməsi üçün məqsədyönlü işlər görüb.

Qrupun əsas təşkilatçısının aktivist və “Xalq şurası” siyasi partiyasının sədri Roza Nurmatova olduğu bildirilir. Ümumilikdə sözügedən qrupa 100-dən çox insanın cəlb olunduğu məlumdur.

Xatırladaq ki, iyunun 5-i Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısının alındığı barədə məlumat yayılıb.