Qırğızıstanda matəm elan olundu

qirgizistanda-matem-elan-olundu
Oxunma sayı: 2421

Tacikistanla sərhəddə silahlı münaqişə zamanı ölənlərin xatirəsini yad etmək məqsədi ilə mayın 1-i və 2-si Qırğızıstanda milli matəm günləri elan olunub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, müvafiq Fərmanı respublika prezidenti Sadır Japarov imzalayıb.  

“Qırğız Respublikasının Prezidenti Fərman imzalayıb, bu Fərmana əsasən, 2021-ci il 1-2 may tarixləri Qırğız Respublikasında milli matəm günləri elan edilib”, - prezidentin mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində baş verənlər nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb, 154 yaralı var.