Qırğızıstan Daxili İşlər Nazirliyi (DİN) Tacikistanla sərhəddə silahlı münaqişə faktı üzrə 11 cinayət işi açıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Erkebek Aşirxocayev bildirib.
Onun sözlərinə görə, işlər, o cümlədən Respublika Cinayət Məcəlləsinin “Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər”, “Qətl", “Sərhədi qanunsuz keçmə” və “Kütləvi iğtişaşlar” maddələri ilə açılıb. Onların hamısı üzrə məhkəməyədək araşdırma artıq başlanıb.
Son xəbərlər
Son Xəbərlər