Qırğızıstanda xüsusi əməliyyat keçirildi, ölən var

qirgizistanda-xususi-emeliyyat-kecirildi-olen-var
Oxunma sayı: 2898

Qırğızıstanın Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi Dmitrievka kəndində xüsusi əməliyyat keçirib.

“Qafqazinfo” “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, əməliyyat zamanı silahlı terrorçu zərərsizləşdirilib. 

Tərəflər arasında atışma kənd şurası ilə qadın mədrəsəsinin binaları arasında baş verib. Mədrəsədə təhsil alanlar təxliyə edilib.

Bununla yanaşı, Qırğızıstan Müsəlmanları Ruhani İdarəsi mədrəsənin terrorçu tərəfindən ələ keçirilməsi barədə mediada yayılan məlumatları təkzib edib.

Əraziyə hərbi texnika cəlb olunub. Hazırda kənddən iki istiqamətdə çıxış bağlanıb. 

İlkin məlumata görə, zərərsizləşdirilən şəxs hüüquq-mühafizə orqanlarında Suriyada hərbi əməliyyatlar iştirakçısı olaraq qeydiyyatda olub.

Həmçinin oxuyun: Kapital Bank открыл новый филиал в Худате