Qırğızıstanın sabiq Baş nazirlərinə ümumilikdə 22 il həbs verildi

qirgizistanin-sabiq-bas-nazirlerine-umumilikde-22-il-hebs-verildi
Oxunma sayı: 1039

Bişkekin Sverdlovsk rayon məhkəməsi keçmiş Baş Nazir Jantoro Satıbaldiyevi 7,5 ilədək azadlıqdan məhrum edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, sabiq Baş Nazir paytaxtdakı İstilik Elektrik Stansiyasının modernləşdirilməsi zamanı korrupsiyada ittiham olunur.

Digər keçmiş Baş Nazir Sapar İsakov isə adıçəkilən işlə bağlı əmlakın müsadirə olunması maddəsi üzrə 15 il azadlıqdam məhrum edilib.

Xatırladaq ki, 2017-ci ilin yanvarında anomal şaxtalar zamanı Bişkekin yeganə İES sistemində baş vermiş qəza nəticəsində çoxmərtəbəli yaşayış binaları, uşaq bağçaları, məktəblər və xəstəxanalarda elektrik enerjisinin və istiliyin verilişi dayanmışdı. Paytaxtın istiliklə normal təchizatı yalnız 1 həftə sonra yeni blokun buraxılışından sonra mümkün olmuşdu.