Qırğızıstanla Çin sərhədində bir neçə zəlzələ olub

qirgizistanla-cin-serhedinde-bir-nece-zelzele-olub
Oxunma sayı: 1333

Qırğızıstan və Çin sərhədində bir neçə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın Seysmologiya İnstitutu yayıb. 

Ümumilikdə dünən səhərdən bu gün səhərə qədər 4 zəlzələnin qeydə alındığı bildirilir. Bunlar arasında ən güclü yeraltı təkan 5,2 maqnitudalı olub. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. 

Zəlzələlərin episentri Çin ərazisində yanvarın 23-ü 7 maqnitudalı güclü zəlzələnin baş verdiyi ərazidə yerləşib.