Qırğızıstanla Tacikistan qoşunlarını sərhəddən geri çəkdi

qirgizistanla-tacikistan-qosunlarini-serhedden-geri-cekdi
Oxunma sayı: 967

Qırğızıstan və Tacikistan hərbi hissələrinin sərhəddən geri çəkilməsi prosesini başa vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“Tərəflər dövlət sərhəd xəttindən ərazilərinə qədər əlavə qüvvə və vasitələrin çıxarılmasını başa çatdırdı”,- deyə açıqlamada qeyd olunub.

Tacikistan və Qırğızıstan sərhədindəki münaqişə zonasından qoşun və texnikanın geri çəkilməsinin başladılması mayın 1-i elan olunub. Bundan əvvəl tərəflər tam atəşkəs barədə razılığa gəlmişdilər.

Xatırladaq ki, aprelin 29-u Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin yerli sakinləri arasında yaşanan qarşıdurma iki ölkənin hərbçiləri arasında silahlı toqquşmaya çevrilib və atışma altı saatdan çox davam edib. Hər iki tərəfdən təxminən 50 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. Son məlumatlara görə, Qırğızıstan tərəfdən 34 nəfər həlak olub, daha 183 nəfər yaralanıb. Tacikistan həlak olanlar barədə rəsmi statistik məlumat verməsə də mediada yayılan məlumata görə, toqquşmalarda təxminən on nəfər həlak olub.