Qırğızıstanla Tacikistanın sərhədində zəlzələ oldu

qirgizistanla-tacikistanin-serhedinde-zelzele-oldu
Oxunma sayı: 667

Qırğızıstanla Tacikistanın sərhədində 4 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Zəlzələ ocağı Qırğızıstanın Bor-Dobo şəhərindən 30 kilometr məsafədə yerləşib. Təkanlar Qara-Kindik, Sarı-Daş, və Nura kəndlərində hiss olunub.

Dağıntı və tələfat olmayıb.