“İllik büdcəsi cəmi 1.3 milyard dollar olan Qırğızıstan bu gün məbləği 40 min dollaradək ipoteka kreditləri götürənlərə kompensasiya verilməsi haqda qərar qəbul edib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov “Facebook” səhifəsində yazıb. “İpoteka sahibləri indiki deyil, 2015-ci ilin iyununa olan məzənnə ilə ödənişləri edəcəklər. Qeyd edim ki, hal-hazırda 1 dollar 75 somdur və ötən ilin yayında kurs 62 som idi. Məzənnə fərqi böyük olmasa da kasıb ölkə olan Qırğızıstan üçün bu heç də kiçik məbləğ deyil. Maraqlıdır ki, son bir ildə 8 milyard dollara yaxın dolları xərcləyən və mövcud rezervlərinin həcmi Qırğıstanın büdcəsindən 4 dəfə çox olan Azərbaycan Mərkəzi Bankı “maliyyə intizamının pozulacağı” şüari ilə kredit götürənlər üçün yaranan əlavə 3.8 milyard manat xərci hələ də kompensasiya etməkdə yubanır. Belə görünür, bizim baş bankdan başqa dünyada heç bir ölkəsində “maliyyə intizami” haqda düşünmürlər. Amma əsas ritorik sual yenə də açıq qalır: maliyyə intizamı devalvasiya nəticəsində kredit götürənlər üçün əlavə xərc yaradanda pozulur, yoxsa onlara kompensasiya ödədikdə?”.
Son xəbərlər
Son Xəbərlər