Qırıcı təyyarə qəzaya düşdü

qirici-teyyare-qezaya-dusdu
Oxunma sayı: 960


Virciniya statının qərb hissəsində dağlıq ərazidə ABŞ-ın Hərbi Hava Qüvvələrlərinin qırıcı təyyarəsi qəzaya uğrayıb. 

“Qafqazinfo”nun anspress-ə istinadən məlumatına görə, bu haqda yerli polis bildirib. 

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. Zərər çəkənlərr haqda hələ məlumatlar yoxdur. 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qəzaya düşən F-15 qırıcısıdır. 

Şahidlər bildirirlər ki, təyyarənin qəza zonasında bərk partlayış eşidilib. Sonra təyyarənin alışması baş verib. 

Səmaya qara tüstünün sütunu qalxıb. Fövqəladə hadisənin yeri qırıntılarla əhatələnib. Pilot aşkar edilməyib.