Qırıcı təyyarələr cəbhə xətti boyu uçuşlar edib

qirici-teyyareler-cebhe-xetti-boyu-ucuslar-edib
Oxunma sayı: 2511


“Qafqazinfo” apa-ya istinadən xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Ağdam, Goranboy və Tərtər istiqamətində uçuşlar həyata keçirib.

Qırıcılar təmas xətti boyu havadan müşahidə xarakterli manevrlər ediblər. 

Döyüş helikopterləri də hərbi təyyarələrlə paralel olaraq cəbhənin Füzuli, Beyləqan, Xocavənd, Ağdam, Tərtər və Goranboy rayonları istiqamətində səmada manevrlər yerinə yetirib.