Qırış paltarı ütüsüz necə səliqəyə salmaq olar? -

qiris-paltari-utusuz-nece-seliqeye-salmaq-olar-
Oxunma sayı: 1048


Heç kim paltar ütüləməyi sevmir. Həm çox vaxt alır, həm də qırışları çətin açılan paltarlar da çoxdur. "Qafqazinfo" xəbər verir ki, hər səhər ütü ilə vaxtını itirmək yerinə qırış paltarı tez bir zamanda səliqəyə salmaq üçün aile.lent.az-ın bu məsləhətinə əməl edin. Paltar ütülədiyi üçün işə gecikənlərin canı qurtaracaq.

 Sprey ağızlı ağ butulka götürün

1 xörək qaşığı saç kondisioneri

1 xörək qaşığı ağ sirkə

2 stəkan saflaşdırılmış su

Bunları butulkada qarışdırıb paltarın qırış olan hissələrinə fısqırdın. Qırışları əlinizlə düzəldib səliqəyə saldıqdan sonra asılqana keçirib bir neçə dəqiqə elə saxlayın.

“Qafqazinfo”