“Bir qızın ali məktəbdə dörd il müddətində bütün qiymətləri “5”dir. Qəbula yaxınlaşıb ki, qorxuram dövlət imtahanında balımı kəsərlər, amma mən ali məktəbi “qırmızı diplom”la bitirmək istəyirəm. Maraqlandım ki, bu qız universiteti “qırmızı diplom”la bitirdi. Axı bu diplom ona nə əlavə üstünlük verir?! Araşdırdım ki, ölkədə “qırımızı diplom”un heç bir önəmi yoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında millət vəkili Rauf Əliyev deyib.
“Bu isə tələbələr arasında rəqabətsizliyə gətirib çıxarır. Düşünürəm ki, bu məsələ ictimailəşməlidir. Təhsil Nazirliyinə zəng edirsən ki, belə bir problem var, cavab verirlər ki, bizlik deyil. Sizlik deyilsə, kim baxır bu məsələyə? Məktəb direktorları ilə bağlı bir məsələ var: Onu tutdular, bunu tutdular, orada rüşvətxorluq, burada korrupsiya. Bəs təhsil nə zaman veriləcək?”, - deyə deputat fikirlərini yekunlaşdırıb.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər